USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək


https://img.baki-baku.az/news/2024/09/photo_14501.jpg

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.

AYNA-dan bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14,80 manat, Bakı-Xankəndi istiqamətində 14,20 manat, Bakı-Xocalı istiqamətində isə 13,90 manat təşkil edir.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat