USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nazir: Azərbaycan Belarusla kənd təsərrüfatı sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verir


https://img.baki-baku.az/news/2024/09/photo_14196.jpg

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazirliyin rəhbər şəxsləri, Belarusun müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov ölkəmizin Belarusla kənd təsərrüfatı sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı əsas müzakirə mövzularından birinin aqrar sahədə əməkdaşlığı genişləndirmək olduğunu xatırladan nazir bu istiqamətdə davamlı iş aparıldığını vurğulayıb. Azərbaycanın Belarusun aqrar şəhərciklər və aqrar-sənaye komplekslərinin salınması təcrübəsinə böyük maraq göstərdiyini deyən nazir kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi həcminin artırılması üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazarçuk iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın artan temp üzrə inkişaf etdiyini söyləyib. May ayında Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”da ölkəsinin xüsusi pavilyonla təmsil olunduğunu və Azərbaycan nümayəndə heyətinin “Belagro” sərgisində iştirak etdiyini xatırladan nazir müavini bu cür platformaların qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

İqor Nazarçuk bildirib ki, hər iki ölkənin aqrar sahənin müxtəlif istiqamətlərinə dair zəngin təcrübəsindən qarşılıqlı faydalanmaq istəyi Azərbaycanla Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.

Görüşdə Azərbaycan və Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İqtisadiyyat