USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib


https://img.baki-baku.az/news/2024/06/photo_12957.jpg

İyunun 12-də Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri Konfransı çərçivəsində COP29 Sədrliyi Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu həftənin əvvəlində keçirilmiş COP29 Sədrliyinin vizyon və strategiyası üzrə qeyri-rəsmi məsləhətləşmələrdə iştiraklarına görə nümayəndələrə təşəkkürünü bildirib. O, COP29-un sədrlik təşəbbüslərinin məqsədinin iqlimlə bağlı fəaliyyətlərin inkişafından və vətəndaş fəallığının təşviqindən ibarət olduğunu bildirib.

Baş danışıqçı qeyd edib ki, COP29-un sədrlik təşəbbüsləri rəsmi danışıqlardan kənarda yaşıl dünya üçün əsl həmrəyliyi gücləndirir. Builki sədrlik təşəbbüsləri əvvəllər başlamış təşəbbüslərin dəyərli mirasına əsaslanır. Sədrlik ümumi məqsədlərimiz üçün bütün səyləri səfərbər etmək üçün təşəbbüslər, maraqlı tərəflər arasında uyğunluq və sinerji yaratmağı hədəfləyir.

Sonra əsas prioritet sahələr üzrə seçilmiş sədrlik təşəbbüsləri təqdim edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İqtisadiyyat