USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Enerji Həftəsinin dünyaya “yaşıl” mesajları


https://img.baki-baku.az/news/2024/06/photo_12882.jpg

Bugünlərdə dünyanın iqtisadi güc mərkəzlərinin, energetika sektorunda fəa­liyyət göstərən iri şirkətlərin diqqəti yenidən bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı Azərbaycana yönəlib. Məlum olduğu kimi, artıq 30 ildir ki, ölkə­mizin paytaxtı enerji sahəsinin ən böyük tədbirlərindən birinə evsahibliyi edir. Ənənəvi olaraq hər il keçirilən Xəzər neft-qaz sərgisi enerji sektorunda qazanı­lan uğurların nümayişi, eləcə də bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması üçün əla fürsət yaradır. Məhz buna görədir ki, regionun ən mühüm enerji tədbi­rinə maraq ildən-ilə artır. 

Yeri gəlmişkən, ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu ön­dər Heydər Əliyev tərəfindən irəli sürülüb. Belə ki, 1994-cü ildə, Ümummilli liderin təşəbbüsü ilə neft və milyonlar səltənəti Bakıda ilk dəfə olaraq Xəzər neft-qaz sər­gisi keçirilib.

Bundan da məqsəd dünyanın enerji sektorunda fəaliyyət göstərən iri şirkətlə­rini bir araya toplamaqla müstəqilliyini ye­nicə əldə etmiş Azərbaycanın karbohid­rogen ehtiyatları ilə zənginliyi, eləcə də respublikamızın neft-qazçıxarma sahə­sində çoxillik təcrübəsi barədə onlarda təsəvvürün formalaşdırılması ilə bağlı olub. Eyni zamanda, Xəzər neft-qaz sər­gisi transmilli şirkətlərin ölkəmizdə yara­dılmış əlverişli biznes mühiti ilə yaxından tanış olmaları üçün yaxşı imkanlar yara­dıb. Beləliklə, illər keçdikcə bu mötəbər tədbir neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivə­sində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində bu barədə deyib: “Xəzər neft və qaz sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq Azər­baycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu toplan­tı daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, “yaşıl enerji”ni əhatə edib”.

Enerji sektoru ilə bağlı geniş müza­kirələrin, fikir mübadilələrinin aparıldığı, yeni əməkdaşlıq əlaqələrinin təməlinin qoyulduğu bu toplantı artıq Bakı Ener­ji Həftəsi adı altında təqdim olunur. Yeri gəlmişkən, 2024-cü ildə keçirilən Bakı Enerji Həftəsi əhəmiyyətli bir dövrə təsa­düf edir. Belə ki, bu il ölkəmizin neft ta­rixində yeni dövrün əsasını qoymuş “Əs­rin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Xatırladaq ki, “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, ümum­milli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirən möhkəm təməl, əsas iqti­sadi baza hesab olunur. Təsadüfi deyil ki, bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da geniş əksini tapıb. 

Bütövlükdə isə, özündə üç mühüm tədbiri birləşdirən (29-cu Beynəlxalq Xəzər Neft və Qaz –“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sər­giləri, eləcə də Bakı Enerji Forumu) Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan lider­lərini bir araya gətirməsi və bununla da beynəlxalq aləmin diqqətini Azərbayca­na yönəldilməsi baxımından əhəmiyyə­ti olduqca böyükdür. Elə mühüm enerji toplantısında 37 ölkədən 300-dək şirkə­tin təmsil olunması, eləcə də əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxs­lərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıla­rının də tədbirə qatılması sərginin yük­sək statusundan xəbər verir. Xüsusən də Azərbaycanın dövlət başçısı İlham Əliye­vin hər il sərginin keçirildiyi məkana təşrif buyurması, burada səsləndirdiyi önəmli mesajlar regionun ən böyük enerji tədbi­rinin əhəmiyyətini qat-qat arırır. 

Yeri gəlmişkən, iyunun 4-də Bakı Ekspo Mərkəzində keçirilən açılış məra­simində Prezident İlham Əliyev diqqəti Azərbaycanın neft-qaz sektorunun ötən 30 ildə keçdiyi çətin, həm də yüksək inki­şaf yoluna yönəldərək ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezi­dent seçilməsi ilə ölkəmizin tarixində yeni səhifənin açıldığını, irimiqyaslı iqtisadi islahatların aparıldığını, yeni demokratik Konstitusiyanın qəbul edildiyini, həmçi­nin iqtisadiyyatımızın ən cəlbedici sahəsi olan enerji sektoruna xarici investisiya­ların yönəldilməsi ilə bağlı işlərin apa­rıldığını bildirib. Ölkəmizin artıq etibarlı enerji tərəfdaşına çevrildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, üç il müddətində “Çıraq” platformasından ilk neftin hasil olunması, Qara dəniz liman­larına gedən iki boru xəttinin istifadəyə verilməsi, “Şahdəniz” yatağının istismara daxil edilməsi, qaz ixracı üçün infrastruk­turun yaradılması iqtisadiyyatımıza sanki bir nəfəs verib. Bununla da, Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib və iqtisadiyyatımızın müxtəlif sahələrinə, xü­susən də, enerji sektoruna əlavə investi­siyalar yatırılıb. 

Hazırda 8 ölkənin Azərbaycandan “mavi yanacaq” aldığını vurğulayan Pre­zident İlham Əliyev ölkəmizin qaz təchi­zatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdiyini diqqətə çatdırıb. Əgər belə olmasaydı, dövlət başçısı­nın da qeyd etdiyi kimi, bu il mart ayın­da Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırmazdı. Yeri gəl­mişkən, hazırda Azərbaycanın təbii qazı ilə qızınan ölkələrin 6-sı məhz “köhnə qitə”də yerləşir. Azərbaycanın qaz təchi­zatı coğrafiyasının genişlənəcəyini bəyan edən Prezident İlham Əliyev məxsusi ola­raq qeyd edib ki, hazırda öz enerji təh­lükəsizliyini təmin etmək üçün ölkəmizin təbii qazına ehtiyacı olan bir neçə əlavə dövlətlə danışıqların aktiv fazası gedir. Dövlət başçıslı deyib: “Enerji təhlükəsizli­yi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqa­vilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasi­ya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu eti­bar onilliklər ərzində qazanılıb”. 

Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm “yaşıl” layihələr icra olunur. Artıq ötən ilin oktyabrında Birləşmiş Ərəb Əmir­liklərinin “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını isti­fadəyə verib. Azərbaycanın “yaşıl enerji” tərəfdaşı olan “Masdar” şirkəti yaxın bir neçə ildə Biləsuvar və Neftçalada daha 2 günəş, eləcə də Qaradağ-Abşeron külək elektrik stansiyalarını işə salacaq. Bun­dan əlavə, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti “Xızı–Abşeron” külək, Bö­yük Britaniyanın BP şirkəti isə “Şəfəq” günəş elektrik stansiyalarını 2025-ci ildə istifadəyə verəcəklər. Eyni zamanda, Qa­rabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarının inşa etdirilməsi ilə bağlı görülən işlər ölkəmizdə “yaşıl enerji” is­tehsalının əhəmiyyətli dərəcədə artması­na səbəb olacaq. 

Bakı neft və qaz sərgisində “Şahdə­niz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin imzalan­masından 28 il sonra 1 qiqavat həcmində bərpaolunan enerji stansiyalarının təmə­linin qoyulmasını Azərbaycanın “yaşıl enerji” sahəsində yeni eranın başlanğı­cı kimi də dəyərləndirmək olar. Əslində bütün bunlar yalnız başlanğıcdır. Çünki ölkəmizin bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik mə­kanı kimi tanınması, eləcə də enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi onu deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə bu sahədə də əsas təchizatçılar­dan birinə çevriləcək.

Göründüyü kimi, qlobal iqlim dəyişk­liklərinin mənfi təzahürləri, karbon emis­siyalarının azaldılması ilə bağlı çağırış­lara qoşulan Azərbaycan artıq qlobal aktor rolunda çıxış etməyə başlayıb. Elə Birləşmiş Millətlər Təşkilatının İqlim Də­yişikliləri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 29-cu sessiyası­nın (COP29) Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də ölkəmizin bey­nəlxalq öhdəliyə sadiqliyindən irəli gəlir. 

Prezident İlham Əliyev 29-cu Xəzər neft və qaz sərgisində çıxışı zamanı Azərbaycanın COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərinə gö­türərkən bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk etdiyini vurğulayıb. Prezident daha sonra deyib: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla bir­gə çalışırıq. Biz BƏƏ və növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərə­katının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İt­tifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaş­lıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması­nı planlaşdırırıq. Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri ara­sında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyi­miz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır”.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Mirbağır YAQUBZADƏ