USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Macarıstan şirkəti “Şahdəniz” yatağında pay alıb


https://img.baki-baku.az/news/2024/06/photo_12833.jpg

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensialdan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənədin, eyni zamanda investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər və cari vəziyyət müzakirə edilib.

Tərəflər qarşılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənədin ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İqtisadiyyat