USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair müzakirə aparılıb


https://img.baki-baku.az/news/2024/06/photo_12832.jpg

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə birgə fəaliyyətin istiqamətlərini müzakirə edib.

Nazirlikdən bildirilib ki, nazir ölkəmizin beynəlxalq maliyyə qurumları ilə çoxvektorlu və faydalı əməkdaşlıq münasibətlərinin önəmini vurğulayıb. Həmçinin Beynəlxalq Valyuta Fondu ilə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Görüşdə Azərbaycanda iqtisadi sahədə islahatlar və əldə olunan nəticələr, inkişaf hədəfləri, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq layihələri, eləcə də COP29 üzrə görülən işlər və s. haqqında məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon təmsil etdiyi qurumla ölkəmiz arasında əlaqələrin genişləndiyini vurğulayıb, tərəfdaşlığa dair fikirlərini bölüşüb.

Tərəflər ölkəmizin makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri, iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər, vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar barədə müzakirə aparıblar.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İqtisadiyyat