USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır


https://img.baki-baku.az/news/2024/05/photo_12763.jpg

Türk Dövlətləri Qiymətləndiricilər Birliyi (TDQB) bir ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində Türk dövlətlərini bir araya topladıq və Azərbaycandan olan təşəbbüsü Türkiyə ilə davam etdirdik. Sonra Orta Asiya respublikaları bu prosesə qoşuldu və nəhayət Qazaxıstanda bir il öncə qurum təsis olundu.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O, qeyd edib ki, bir il ərzində qurumun sənədləşdirmə işləri həyata keçirilib və qeydiyyat üçün müraciət edilib.

“Qeydiyyata alınma istiqamətində hal-hazırda planlarımızı qururuq. Qeydiyyat yəqin ki, Türkiyədə olacaq. Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır. Hər bir ölkənin öz qiymətləndirmə standartları var. Həmin standartlar ümumiləşərək vahid bir standart formasına gətiriləcək və eyni zamanda, biz bu qurumu daha da inkişaf etdirmək üçün müəyyən strukturların yaradılmasına çalışacağıq. Bizim daxilimizdə metodoloji komitə, arbitraj məhkəməsi, habelə digər istiqamətlərdə əlaqələrin daha da inkişafını təmin etmək üçün Beynəlxalq Əlaqələr Komitəsinin yaradılması haqqında qərar qəbul etmişik. Bundan əlavə, qurumun beynəlxalq qiymətləndirmə qurumları ilə əlaqəsinin yaradılması istiqamətində addımlar atdıq”, - deyə AQC sədri əlavə edib.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İqtisadiyyat