- Daxili siyasət
- 11:02 02.10.2024
İlin əvvəlindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanıb.
Fonddan bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə, ümumilikdə, 907 min manat güzəştli kredit ayrılıb. Layihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ötən ilin fevral ayından Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.
Səbuhi HƏSƏNOV