USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb


https://img.baki-baku.az/news/2024/05/photo_12605.jpg

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Azərpoçt” MMC bu fəaliyyətə töhfə vermək üçün bir sıra tədbir və layihələr həyata keçirir.

MMC-dən verilən məlumata görə, bunlardan biri də bir neçə nominalda “Yaşıl dünya naminə həmrəylik ili” mövzulu standart poçt markaları və markalı zərflərin dövriyyəyə buraxılmasıdır.

Marka üzərində alternativ enerji və təkrar emal elementləri əks olunub, marka özü isə flora aləminin rəng simvolu olan yaşıl rəngdə hazırlanıb.

Poçtun istifadəsində olacaq bu markalar, eləcə də zərflər daxili və xarici göndərişlərin istifadəsi üçün nəzərdə tutulub.

İl ərzində bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İqtisadiyyat