USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan qazının Avropa bazarı

Cənubi Qafqaz boru kəməri ilə 155 milyard kubmetr qaz ixrac olunub


https://img.baki-baku.az/news/2024/05/photo_12522.jpg

Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri (Bakı–Tbilisi–Ərzurum) ilə nəqlinə başlanmasından 18 il ötür. 2006-cı il mayın 21-də Səngəçal terminalında kəmərin qazla doldurulması əməliyyatına start verilib. Onu da qeyd edək ki, həmin dövrdə “Şahdəniz” layihəsi üzrə hasilata başlanılmadığından boruya Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) alınan qaz vurulub. 

Azərbaycan qazının Qərb istiqaməti ilə nəqli ideyası ilk dəfə ulu öndər Hey­dər Əliyev tərəfindən irəli sürülüb. Belə ki, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında aparılan qazma-kəşfiyyat işləri üzrə əldə edilmiş nəticələrin təqdimatına həsr olunmuş mərasimdə iştirak edən Ümummilli lider ilkin nəticələrdən məm­nunluğunu ifadə edərək təbii qazın ixracı məsələsinə də münasibət bildirib. Azər­baycanın karbohidrogen ehtiyatlarının daha çox Qərb istiqaməti ilə ixracına üs­tünlük verən Heydər Əliyev “bizim üçün ən əlverişli bazar Türkiyədir” bəyanatı ilə çıxış edib. Bununla da, Azərbaycan qa­zının hansı istiqamətdə ixrac olunması məsələsi öz həllini tapıb. 

Həmin il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əli­yev “Şahdəniz” yatağından təbii qazın dünya bazarlarına ixracının təşkil edil­məsi ilə əlaqədar məsələlərin həll olun­ması üçün işçi qrupunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sənəd­də Azərbaycan qazının dünya bazarları­na çıxarılması üçün potensial imkanların araşdırılması, qazın nəqli və bununla əlaqəli məsələlərin öyrənilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. 

2000-ci il fevralın 15-də “BP Amoco” şirkəti “Şahdəniz” konsorsiumu iştirakçı­ları adından “Şahdəniz” yatağının mər­hələli şəkildə işlənilməsinə dair açıqlama yayıb. Konsorsium iştirakçıları ilkin mər­hələdə ildə 5 milyard kubmetr həcmində qazın hasilatı, sonrakı mərhələdə isə bu həcmlərin 16 milyard kubmetrədək ar­tırılmasını elan ediblər. Bundan əlavə, məlumatda qazın ixracı üçün Türkiyəyə qədər həm mövcud qaz infrastrukturun­dan istifadə edilməsi, həm də yeni boru kəmərinin tikilməsi planı açıqlanıb. Kon­sorsium iştirakçıları “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsində çıxa­rılacaq qazın Türkiyə bazarına ixrac edil­məsi üçün optimal marşrutun Gürcüstan üzərindən keçən boru kəməri ola biləcə­yini ehtimalını irəli sürüblər. 

Nəhayət, 2001-ci il fevralın 21-də əvvəlcə Azərbaycan Respublikası hö­kuməti ilə “Şahdəniz” konsorsiumunun iştirakçıları: SOCAR, BP, “TotalFinaElf”, “LUKAgip”, NICO, “Statoil” və TPAO şirkətləri arasında qaz tranziti sazişi imzalanıb. 2001-ci il martın 12-də isə Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri çərçivəsində Ankara­da Türkiyə və Azərbaycan hökumətləri arasında “Şahdəniz” yatağının birinci mərhələsi layihəsi üzrə ixrac edilən qa­zın alqı-satqısına dair sazişə imza atı­lıb. Həmin il sentyabrın 29-da isə Bakı şəhərində Azərbaycan və Gürcüstan Prezidentləri tərəfindən “Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudların­dan kənarda Cənubi Qafqaz Boru Kəmə­ri sistemi vasitəsilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublika­sı və Gürcüstan arasında Saziş” imzala­nıb. Yeri gəlmişkən, Azərbaycan qazının gələcəkdə Avropa ölkələrinə nəql edil­məsi məsələsi də məhz ilk dəfə həmin sənəddə öz əksini tapıb.

2003-cü il fevralın 23-də Azərbaycan hökuməti tərəfindən “Şahdəniz” sazişi üzrə “Mərhələ-1” layihəsinin və Cənubi Qafqaz boru kəməri layihəsinin həyata keçirilməsi ilə əlaqədar sənədlər imzala­nıb. Nəhyət, bütün sənədlər qanun sta­tusu aldıqdan sonra 2004-cü ilin oktyabr ayında Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində fiziki olaraq tikinti işlərinə start verilib. 

Cənubi Qafqaz boru kəməri “Şahdə­niz” yatağından hasil edilən qazı Gür­cüstan–Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Xatırladaq ki, boru kəməri Türkiyə sərhədinədək Azərbay­canda və Gürcüstanda Bakı–Tbilisi–Cey­han (BTC) neft kəməri ilə paralel olaraq bir marşrutda çəkildiyi üçün inşaat işləri də eyni zaman çərçivəsində başa çat­dırılıb. Kəmərin BTC ilə birlikdə və eyni marşrutda çəkilməsində məqsəd isə ət­raf mühitə və sosial sahəyə təsirlərin mi­nimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əmə­liyyat xərclərinə qənaət edilməsinə nail olmaqdan ibarət olub. 

Uzunluğu 692 Bakı–Tbilisi–Ərzurum boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından başla­yır. Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl­cə Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə “Şahdə­niz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində Türkiyəyə qaz nəql etməyə başlayıb. Boru kəmərinin 443 kilomet­ri Azərbaycan, 249 kilometri isə Gür­cüstan ərazisindən keçir. Hər iki ölkənin ərazisində 42 düymlük borularla çəkilən kəmərin illik daşıma qabiliyyəti 7,41 mil­yard kubmetr təşkil edir.

Cənubi Qafqaz Boru kəməri Azər­baycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın isə 7 bölgəsindən keçir. Marşrut boyunca 1 kompressor stansiyası (Azərbaycan), 3 təmizləyici tərtibatın buraxılma kame­rası (Azərbaycanda 1, Gürcüstanda 2), 2 təmizləyici tərtibatın qəbulu kamerası (Gürcüstanda) və digər çoxsaylı quğu­lar inşa olunub. Gürcüstan bazarına qaz Azərbaycan–Gürcüstan sərhədində yer­ləşən boru kəmərindən ayrılan qol va­sitəsilə çatdırılır. Son nöqtədə isə boru kəməri Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulub. Boru kəmərinin istis­mar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (“South Ca­ucasus Pipeline Company Limited”) ca­vabdehdir. 

2023-cü ildə Cənubi Qafqaz boru kəməri ilə 21,8 milyard kubmetrdən artıq qaz nəql olunub ki, bu da əvvəlki illə 1 milyard kubmetr və ya 4,8 faiz çoxdur. Bütövlükdə isə, il ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan 39,8 milyard kubmetrdən artıq qazın 54,8 faizi məhz bu kəmərin payına düşüb. Yeri gəlmişkən, Energetika Nazirliyinin mə­lumatına görə, 2007-ci ildən indiyədək Cənubi Qafqaz boru kəməri və onun genişləndirilmiş hissəsi ilə 155,2 milyard kubmetr qaz ixrac olunub. 

“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasilatın artması Cənubi Qafqaz boru kəmərinin də genişləndirilməsinə zərurət yaradıb. Qeyd edək ki, Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri “Şahdəniz-2” la­yihəsinin əsas tərkib hissələrindəndir. Bu barədə investisiya qərarı 2013-cü ilin dekabr ayında qəbul olunub. Genişlən­dirmə nəticəsində Cənubi Qafqaz boru kəməri sisteminin ötürmə qabiliyyəti 24 milyard kubmetr səviyyəsinə çatdırılıb. Bununla da, kəmərlə ümumi qaz nəqlet­mə qabiliyyəti 3,2 dəfə artırılıb. Sonrakı genişləndirilmə mərhələsində isə boru kəməri sisteminin ötürmə qabiliyyəti 31 milyard kubmetrədək artırıla bilər. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanıb. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Mirbağır YAQUBZADƏ