USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sənaye üsulu üzümçülüyə yeni nəfəs verir


https://img.baki-baku.az/news/2024/05/photo_12496.jpg

Bakıda keçirilmiş 17-ci “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisi fermerlərə aqrar sahədə ən müasir texnologiyalarla tanışlıq imkanı yaratmaq baxımından yaddaqalan oldu. Bu baxımdan üzümün mexaniki üsulla becərilməsi və yığılması texnologiyası daha çox diqqət çəkib. Bu texnikanın istehsalçısı olan “New Holland” şirkəti postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə nümayiş etdirilən qlobal kənd təsərrüfatı texnika markası olan “Braud 9090X” modelli üzümyığan kombaynları ilə Azərbaycanın üzümçülük və şərab emalı sənayesində bir ilkə imza atıb.

Qeyd edək ki, “Braud” kombaynları sənaye üsulu ilə yetişdirilmiş üzüm bağlarında istifadə edilir. Müasir intensiv bağlarda məhsuldarlıq yük­sək, məhsul yığımı mövsümü isə qısa olduğundan yığımın mexaniki üsulla həyata keçiril­məsi daha səmərəlidir. “New Holland” kombaynları artıq sizə minimum vaxtda maksimum yı­ğım əldə etmək imkanı yaradır”, – deyə “New Holland” şirkəti­nin regional direktoru Styuart Kempbell bildirib. Onun sözlə­rinə görə, “Braud” kombaynları bütün üzüm növlərində məh­suldarlığı optimallaşdırmaqda xüsusi rol oynayır. Belə ki, “In­telliView III” toxunma ekranı ilə inteqrasiya olunmuş intellektual idarəetmə sistemi bütün əsas kombayn funksiyalarına tam girişi təmin edir. Sözügedən texnika, sadəcə, 8 saat ərzində 198 ton üzüm yığmaqla rekorda imza atıb. Şirkət rəhbəri yeni texnologiyanın ənənəvi yollarla həyata keçirilən üzüm yığımı ilə olan fərqindən söhbət açaraq deyib ki, “Braud” kombaynı hər hektara 8-12 ton 99 faizi tullan­tılardan təmizlənmiş saf məhsul əldə etmək potensialına malik­dir. Qeyd olunub ki, fermerlər kombaynı 40 faiz dövlət subsi­diyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “traktor.az” vasitəsilə əldə edə bilərlər.

Yeri gəlmişkən, Azərbay­canda üzümçülük və şərabçılıq prioritet sahə hesab edilir. Ötən müddətdə bu sahənin inkişafı ilə bağlı bir neçə dövlət proq­ramı qəbul olunub. Hazırda isə “2018-2025-ci illərdə Azərbay­canda şərabçılıq inkişafına dair Dövlət Proqramı”nın icrası da­vam etdirilir. Proqramda qarşıya qoyulan hədəflərdən biri üzüm sahələrinin genişləndirilməsidir. Bu məqsədlə son illər ölkədə yeni, müasir standartlara cavab verən üzüm bağları salınır. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçü­lük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Sə­limovun dediyinə görə, 2023-cü ildə ölkə üzrə yeni salınan üzüm bağlarının sahəsi 7,1 faiz artıb. İl ərzində plantasiyalardan 224,5 min ton məhsul yığılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz çoxdur.

Bununla yanaşı, Azərbay­canda üzümçülüyün əvvəlki şöhrətinin qaytarılması üçün dövlət dəstəyi getdikcə artırılır. Belə ki, 2023-cü ildən Üzümçü­lük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Üzüm Tingçilik Mərkəzi fəaliyyətə baş­layıb. Hazırda həmin mərkəz­də dünya standartlarına uyğun olan, müasir tələbatlara cavab verən, üzüm istehsalçılarının, emal müəssisələrinin tələblərinə cavab verən, əsasən yerli texniki üzüm sortlarından ibarət fillokse­ra zərərvericisinə qarşı davamlı calaq tinglər istehsal olunur. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xo­cavənd, İsmayıllı, Qəbələ, Qo­bustan, Qubadlı, Lerik, Siyəzən, Tovuz, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonların­da 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağalarının hər hektarına görə 8 min manat məbləğində əkin subsidiyası ve­riləcək.

M.YAQUBZADƏ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Mirbağır YAQUBZADƏ