USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qırğız Milli Bankının nümayəndələri üçün AMB-də təcrübə mübadiləsi təşkil olunacaq


https://img.baki-baku.az/news/2024/05/photo_12399.jpg

Qırğız Respublikasının Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb. Səfər çərçivəsində QRMB-nin nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankında (AMB) təcrübə mübadiləsi məqsədilə bir sıra görüşləri nəzərdə tutulub.

AMB-dan AZƏRTAC-a bildirilib ki, sədr Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq AMB-nin sədri Taleh Kazımov ilə görüşüb. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AMB-nin sədri Taleh Kazımov memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.

Qeyd edək ki, memorandum imzalanması ilə bağlı ilkin müzakirələr sədrlərin ötən ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan görüşündə yer alıb.

Səfər çərçivəsində QRMB-nin nümayəndələri üçün AMB-də mühüm istiqamətlər üzrə təcrübə mübadiləsi təşkil olunur. Belə ki, nümayəndə heyəti üçün AMB-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılır. Həmçinin təcrübə mübadiləsi çərçivəsində AMB-nin əməkdaşları tərəfindən təqdimatlar keçirilərək praktiki məlumatların paylaşılması da nəzərdə tutulur.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İqtisadiyyat