USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizdən keçən Çin-Avropa qatarlarına maraq göstərirlər


https://img.baki-baku.az/news/2024/05/photo_12378.jpg

Cari ilin birinci rübündə Çin ilə Avropa arasında yükdaşımalar həyata keçirən qatarların sayı 10 faiz çoxalaraq 6184-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Çin dəmir yolu qrupu” açıqlama yayıb. Hesabat dövründə 675 min konteyner daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşınmasına başlanandan bəri indiyədək 89 mindən çox qatar səfərinin reallaşdığı, hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə dəmir yolu ilə yük daşındığını bildirilir.

Çin-Avropa yük qatarlarının operatoru olan “Çin dəmir yolu beynəlxalq multimodal daşımalar” şirkətinin baş direktorunun müavini Kan İfen yanvar ayından etibarən sözügedən istiqamətdə yük qatarları üçün sifarişlərin sayında əhəmiyyətli artımın olduğunu bildirib. Onun sözlərinə görə, DHL və “Kuehne+Nagel” kimi iri beynəlxalq logistika şirkətləri Xəzər və Qara dənizlərdən keçən dəmir yolu və dəniz nəqliyyatını birləşdirən yeni Çin-Avropa yük marşrutuna böyük maraq göstərirlər.

Qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb ki, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.

Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

İqtisadiyyat