USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib


https://img.baki-baku.az/news/2024/04/photo_12157.jpg

Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə Kabar agentliyinə müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

Onun sözlərinə görə, Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərliyi ilə danışıqlar aparılıb. Danışıqlar çərçivəsində tərəflər Azərbaycandan neft məhsullarının Qırğızıstana tədarükü imkanlarını müzakirə ediblər.

Qırğız nazir qeyd edib: “Azərbaycan neft məhsullarının ən böyük ixracatçılarından biridir. Tezliklə Qırğızıstanda "Cunda" neft emalı zavodu da fəaliyyətə başlayacaq və onun tələbatı ildə 1 milyon tondan çox olacaq. Bununla bağlı SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarükü məsələləri müzakirə olunub. Öz növbəsində, onlar da əməkdaşlığa hazırdırlar. Hazırda logistika məsələsi üzərində işləyirik”.




Redaktorun seçimi

Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab
Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda

İqtisadiyyat