USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək


https://img.baki-baku.az/news/2024/04/photo_11996.jpg

Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation Services” şirkətinin icraçı direktoru Andreas Petç əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalayıblar.

AZAL-dan bildirilib ki, “DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir.

Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır.

Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə olunur.

Uğurlu əməkdaşlıq çərçivəsində AZANS və “DFS Aviation Services” müxtəlif təşəbbüslər üzərində işləyir.

Qeyd edək ki, AZANS və Milli Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz “DFS Aviation Services” şirkətinin təlim materialları və standartları ilə təchiz olunacaq.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İqtisadiyyat