USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aqrobiznes ölkəmizin ixrac imkanlarını artırır


https://img.baki-baku.az/news/2024/03/photo_11768.jpg

Son illər ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı ardıcıl və sistemli islahatlar həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən və ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. 

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agent­liyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən 3-cü Aqrobiz­nesin İnkişafı Forumunda da aqrar sektorda reallaşdırılan tədbirlərə bir daha nəzər ye­tiriləcək, dövlətin bu sahənin inkişafına göstərdiyi davamlı dəstək tədbirlərindən ətraflı bəhs ediləcək. 

Kənd Təsərrüfatı Nazirliyi­nin məlumatına görə, forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafın­da rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiz­nesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fer­mer-sahibkarın faydalanması üçün lazım olan addımları mü­zakirə etməkdir.

Forumda Azərbaycanın müvafiq dövlət qurumlarının, eləcə də bankların, yerli və beynəlxalq təşkilatların nü­mayəndələrinin iştirakı nəzər­də tutulur. Tədbirdə aqro­biznes sektorunun mövcud vəziyyəti və gələcək perspek­tivləri, eləcə də iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olu­nacaq.

Forum çərçivəsində, həm­çinin kənd təsərrüfatının ma­liyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısın­da çağırışlar “yaşıl” maliyyə və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlət­ləri Təşkilatının əhatə etdiyi regionun kənd təsərrüfatı po­tensialı mövzusunda panel müzakirələri keçiriləcək.

Müzakirələr zamanı aqrar sahənin investisiya imkan­ları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin ma­liyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və on­ların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahib­karlığın inkişafı, çətinliklər və imkanlar, kənd təsərrüfatının inkişafında dövlətin rolu, döv­lət dəstəyi tədbirlərinin təkmil­ləşdirilməsi istiqamətləri barə­də müzakirələr aparılacaq. Eyni zamanda, paralel sessi­yada xarici mütəxəssis tərə­findən müvəkkil təşkilatlarının əməkdaşları üçün kənd təsər­rüfatı kreditləri ilə işin təşkili mövzusunda təqdimat olacaq. 3-cü Aqrobiznesin İnkişafı Forumunda, həmçinin kənd təsərrüfatının maliyyələşdi­rilməsində uğur hekayələri, uğurlu maliyyələşdirmə yolu ilə inkişaf etmiş yerli təsərrü­fatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlandırılması həyata keçiriləcək. 

Qeyd edək ki, Aqrobizne­sin İnkişafı ilə bağlı əvvəlki forumlar 2021-ci ilin dekabr və 2023-cü ilin fevral ayların­da Bakı şəhərində keçirilib. Həmin forumlarda ölkə iqtisa­diyyatında və əhalinin məş­ğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni za­manda, ölkəmizdə aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, bu sahənin inkişafı ilə bağlı dövlət–özəl sektor əməkdaşlı­ğı və digər məsələlərdən geniş bəhs olunub. 

Yeri gəlmişkən, 3-cü Aqro­biznesin İnkişafı Forumunun təşkilatçılarından olan BMT-nin Ərzaq və Kənd Təsərrü­fatı Təşkilatı ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq iqtisadiyyatın bir sıra sahələ­rinə, o cümlədən kənd təsərrü­fatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resurs­ların səmərəli idarə edilməsinə mühüm töhfələr verir. Azərbay­canın FAO ilə əməkdaşlığının əsası isə 1995-ci ildə qoyulub. Həmin il oktyabrın 20-də ölkə­miz BMT-nin ixtisaslaşmış qu­rumuna üzvlüyə qəbul edilib. FAO Azərbaycanda reallaş­dırdığı milli, regional və qlobal səciyyəli layihələri, əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin güclən­dirilməsi, potensialın artırılma­sı, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və di­gər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.

Qurumun layihələri Azər­baycan hökumətinin priori­tetləşdirilmiş ehtiyaclarından irəli gələn texniki əməkdaşlıq proqramlarına əsaslanıb. Bu zaman ölkəmizin aqrar sek­torunda məhsuldarlığın artı­rılması məqsədilə layihələrin icrası, habelə kənd təsərrüfa­tında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli diqqət mərkəzində saxlanılıb. Həmçinin qida məhsullarının və tullantıların idarə olunması sahəsində təşəbbüslərin ger­çəkləşməsinə xüsusi önəm verilib. Bununla bağlı indiyə­dək sözügedən istiqamətlərdə 60-dan yuxarı layihə reallaş­dırılıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən ərzaq təh­lükəsizliyi yaxşılaşdırılıb.

Hazırda FAO tərəfindən Azərbaycanda 21 layihə hə­yata keçirilir. Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələ­rindən sayılan heyvandarlığın və balıqçılığın inkişaf etdiril­məsi, fındıqçılıq sahəsində səmərəliliyin artırılması, milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın tək­milləşdirilməsi, sağlam toxum­luq kartof istehsalı üzrə milli sistemin yaradılması uğurla davam etdirilir. Kənd təsərrü­fatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdi­rilməsi və digər layihələr bu baxımdan maraq doğurur.

FAO ölkəmizlə əməkdaşlıq çərçivəsində aqrar sektorun rəqəmlaşma prinsipləri əsasın­da inkişafına da xüsusi önəm verir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində–Qa­rabağ və Şərqi Zəngəzur iqti­sadi rayonlarında kənd təsər­rüfatının ən yaxşı texnologiya və təcrübələrini özündə bir­ləşdirən “ağıllı kənd” konsep­siyası əsasında bərpası da bu beynəlxalq təşkilatın müxtəlif ölkələrdə kəndlərin rəqəmsal­laşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uy­ğun gəlir. 

Bütövlükdə isə, FAO Azər­baycan hökuməti ilə kənd təsərrüfatı sahəsinin priori­tet inkişaf istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindədir. Bu məqsədlə tərəflər arasında əməkdaşlığın ikinci mərhələ­si üzrə sazişin imzalanması nəzərdə tutulur. Hazırda isə Azərbaycan hökuməti ilə FAO 2025-ci ilədək əməkdaşlıq çər­çivəsində doqquz prioritet is­tiqamət üzrə iş aparırlar. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Mirbağır YAQUBZADƏ