USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türk dövlətləri arasında ötən il xarici ticarətdə ən yüksək saldo Azərbaycan və Qazaxıstanda qeydə alınıb


https://img.baki-baku.az/news/2024/03/photo_11676.jpg

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın 2023-cü ilin yanvar-dekabr aylarını əhatə edən növbəti sayını təqdim edib.

Mərkəzdən bildirilib ki, iki bölmədən ibarət icmalın birinci bölməsində TDT-ə üzv və müşahidəçi dövlətlərin ümumi baxış statistikasında qeyd olunub ki, 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-i 1537,0 milyard dollar, ticarət dövriyyəsi 1192,7 milyard dollar təşkil edib. 2023-cü il üzrə Türkiyə iqtisadiyyatı 4,5 faiz, Azərbaycan 1,1 faiz, Özbəkistan iqtisadiyyatı 6 faiz, Qırğızıstan iqtisadiyyatı 6,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 5,1 faiz böyüyüb. TDT-də müşahidəçi qismində iştirak edən Macarıstanda isə 2023-cü il üzrə 0,9 faiz iqtisadi geriləmə qeydə alınıb.

Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 86,1 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 176.687,2 milyon dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 17.515,6 milyon dollar) və Azərbaycan (ticarət balansı 10.297,9 milyon dollar) malikdir. 2023-ci ilin yanvar-dekabr ayları ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

“Türk iqtisadi icmalı”nın ikinci bölməsində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin yanvar-dekabr ayları üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İqtisadiyyat