USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ADRA fəaliyyətində dronlardan istifadəyə başlayır


https://img.baki-baku.az/news/2024/03/photo_11625.jpg

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətində innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqi işini davam etdirir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, açıq məkanda reklam sahəsində dünya təcrübəsinin öyrənilməsi və bu yöndə həyata keçirilən yeniliklərin araşdırılması nəticəsində agentlik tərəfindən dövriyyəsinə xüsusi icazə alınmış uzunmüddətli uçuş, eyni zamanda yüksəkkeyfiyyətli çəkiliş imkanına sahib pilotsuz uçuş aparatları (dronlar) əldə edilib.

Ölkə ərazisində açıq məkanda reklam yayımı sahəsində tənzimləmə və nəzarət tədbirlərinin həyata keçirilməsində yeniliklərin tətbiqi, o cümlədən reklam bazarının ölçülməsi və onun iqtisadi fəallığının stimullaşdırılması, çətin görünən reklamların məsafədən aşkarlanması məqsədilə əldə olunan pilotsuz uçuş aparatlarının istifadəsinə başlanılır. Dron çəkilişlərindən istifadə insan əməyi sərf etmədən hündürlükdə (binalar üzərində və s.) yerləşən reklam qurğularının dayanıqlılığı, bərkidici hissələrinin mövcud vəziyyəti haqqında dəqiq məlumatları, müxtəlif relyefli ərazilərdə reklam qurğularının yerləşdirilməsi xəritəsinin hazırlanması üçün lazım olan foto və videomaterialları əldə etmək və bu kimi digər imkanlar yaradacaq.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İqtisadiyyat