USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Şəfəq” GES üzrə işlərə ilin ikinci yarısında başlanılacaq


https://img.baki-baku.az/news/2024/03/photo_11548.jpg

Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə işlərə bu ilin ikinci yarısında başlanılacaq və layihə üzrə işlərin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin Ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Sheehan “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində ictimaiyyətlə keçirilən görüşdə danışıb.

Onun sözlərinə görə, stansiya Cəbrayıla 5-10 kilometr məsafədə yerləşir.

“Görüləcək əsas işlər sahənin hazırlanması, panellərin quraşdırılması və stansiyanın istismara verilməsindən ibarətdir”, - deyə o bildirib.

Tədbir zamanı bildirilib ki, sənədin cari ilin mart ayında Ekologiya Nazirliyinə təqdim olunması, aprel ayında isə təsdiq olunması gözlənilir.

PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.

Qeyd edək ki, “Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikintisi işləri "Lightsource BP" şırkəti tərəfindən hazırlanıb.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İqtisadiyyat