USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ADRA-nın müfəttişlərinin sahibkarlarla ünsiyyəti video və audioqeydiyyata alınacaq


https://img.baki-baku.az/news/2024/02/photo_11261.jpg

Fəaliyyətdə şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarının sahibkarlarla ünsiyyəti qabaqcıl texnoloji avadanlıqların tətbiqi ilə həyata keçiriləcək.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, agentlik yeni avadanlıqlar əldə edib və yaxın günlərdə sistemin qurulması yekunlaşacaq. Sahibkarlarla ünsiyyətin qeydə alınması prosesi onların bu barədə məlumatlandırılmasından sonra həyata keçiriləcək. Xüsusi kodlaşdırma istifadə edildiyindən yeni nəsil qurğuların qeydə aldığı audio və videomateriallara müdaxilə etmək imkanı sıfıra bərabərdir. Bu, ADRA-nın əməkdaşlarının fəaliyyətində tam şəffaflığın təmin edilməsi ilə yanaşı daha operativ tənzimləmə sisteminin yaradılmasına, prosesin onlayn izlənilməsinə, sahibkarın məmnunluğunun ölçülməsinə, ünsiyyət zamanı onu maraqlandıran sualların dərhal cavablandırılmasına şərait yaradacaq. Yeni sistemin tətbiqi nəticəsində əməkdaşların fəaliyyətinin dəqiq qiymətləndirilməsi də həyata keçiriləcək. Onların gün ərzində neçə sahibkarla ünsiyyətdə olduğu, davranış mədəniyyəti və əldə edilən nəticələr haqda statistik hesabatlar hazırlanacaq.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

İqtisadiyyat