USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Davos bu dəfə “Etimadın bərpası”na “yaşıl işıq” yandırır


https://img.baki-baku.az/news/2024/01/photo_10625.jpg

Dünya İqtisadi Forumu (DİF) Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim et­mək üçün əhəmiyyətli bir platformadır. Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərin­də keçirilən forumda ölkəmizin iştirakı dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə, eyni zamanda, respublikamızın iqtisadi potensialı, xarici investisiyaların cəlb edilməsi imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların ve­rilməsinə əlverişli şərait yaradır.

Xatırladaq ki, DİF 1971-ci ildə yaradı­lıb. İqtisadi xarakter daşımasına baxma­yaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mən­zərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamət­lər verir. DİF, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insa­nın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisa­diyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı proble­minin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya topla­yan forum, şübhəsiz ki, bir çox məsələlə­rin müzakirəsinə və vacib qərarların qəbu­luna əlverişli mühit yaradır. 

Ölkəmizin DİF-də iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əli­yev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikası­nın DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Ümummilli lider respubli­kamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Dahi şəxsiyyət Azərbaycanın karbohid­rogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqti­sadi siyasət xətti tutduğunu bəyan edib.

Ulu öndər DİF-ə növbəti dəfə 2000-ci il martın 27-30-da qatılıb. Dahi şəxsiyyət forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi siyasətini diqqətə çat­dırmaqla yanaşı, Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirələrə çıxarıb. 

Prezident İlham Əliyev də ötən illər ərzində DİF-də fəal iştirak edib. Dövləti­mizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çox­saylı görüşlər keçirib və müxtəlif mövzu­larda aktual müzakirələrə qatılıb. Ölkə rəhbəri DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında, həmçinin pande­miyadan sonra 2023-cü ilin yanvarında reallaşan toplantılarında da iştirak edib.

Forumun pandemiyanın pik mərhələ­sindən sonra ilk dəfə ötən ilin yanvarında keçirilən toplantısında dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiy­yat və media mənsubları bir araya gəlib. Forumda cəmiyyətləri və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müza­kirələr aparılıb. Beynəlxalq media ötənilki toplantının siyasi çalarlarını xüsusi olaraq diqqət mərkəzində saxlayıb: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukrayna­nın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlar olub. Bir neçə gün davam forumun gündəliyin­də iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağı­rışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.

Qeyd edək ki, “Etimadın bərpası” devi­zi altında keçirilən builki forumun məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri güclən­dirməkdir. Məqsəd getdikcə mürəkkəb­ləşən mühitdə elm, sənaye və cəmiyyətdə ən son nailiyyətləri təqdim etməklə uzaq­görənliyi, perspektiv fəaliyyət istiqamətlə­rini müəyyənləşdirməkdir.

Forumun təhlükəsizliyini təmin et­mək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib. DİF-də 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Av­ropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Avropa döv­lətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılıblar.

Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr və yeni reallıqlar fonunda buil­ki forumun ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradacağı, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf stra­tegiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaş­dırılması ilə bağlı məsələlər ətrafında ge­niş söhbət gedəcəyi gözlənilir. 

Qeyd edək ki, Azərbaycan dövlətinin tarazlı xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyimiz ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır. Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təmi­natına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və də­rinləşməsinə, yenilərinin da yaranmasına gətirib çıxarır. Ona görə də DİF ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün də son dərəcə böyük əhəmiyyət daşıyır.

Forumun prezidenti Berge Brendenin qeyd etdiyi kimi, Davosdakı hazırkı ses­siya son onilliklərin ən çətin geosiyasi və geoiqtisadi fonunda keçirilir. Toplantıda müzakirə edilən əsas mövzulara Yaxın Şərqdəki münaqişə, Ukraynadakı müha­ribə və süni intellektin texnoloji sıçrayışı daxildir.

Davos Forumunda əsas dünya liderlə­ri iştirakı ilə yanaşı, ABŞ-dan dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşa­viri Ceyk Sallivanın da xüsusi müraciəti olacaq. 

Xatırladaq ki, Azərbaycandan iqtisa­diyyat naziri Mikayıl Cabbarov və dövlət strukturlarının, o cümlədən yerli şirkətlərin bir sıra nümayəndələri iştirak edirlər.

V.BAYRAMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

İqtisadiyyat