USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AZAL Çin aviaşirkəti ilə əməkdaşlığa başlayıb


https://img.baki-baku.az/news/2023/12/photo_10134.jpg?v=MjAyMy0xMi0xMyAxNzozNzo1Mg==

Azərbaycanın milli aviadaşıyıcısı AZAL kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Tərəfdaşlıq həmçinin “Hainan Airlines” müştərilərinə dünyanın müxtəlif şəhərlərinə Bakıdan səyahət etmək üçün AZAL-ın qlobal marşrut şəbəkəsindən istifadə etmək imkanı yaradıb.

“Tərəfdaşlıq sərnişinlər üçün yeni fürsətlər yaradır. Vətəndaşlarımız Bakıdan Çinin və digər ölkələrin şəhərlərinə, eyni zamanda Çindən səyahət edən insanlar Bakı vasitəsilə dünyanın müxtəlif ölkələrinə vahid bilet və daha münasib tariflərlə səyahət edə bilərlər. Hal-hazırda digər Çin aviaşirkətləri ilə də əməkdaşlıqla bağlı müvafiq işlər aparılır”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat