USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda Qarabağ qaçqınları üçün iki məşğulluq proqramı işə salınıbsa... ...Qarabağa qayıdanların sayı 48 min olurmu?


https://img.baki-baku.az/news/2021/01/photo_2509.jpg

Qarabağdan qaçıb gəlmiş ermənilərlə bağlı Ermənistanda iki məşğulluq proqramı işə salınıb. Bunu ölkənin əmək və sosial məsələlər nazirinin müavini Ruben Sarqsan deyib.

Ermənistan müharibə zamanı bildirirdi ki, Qarabağdan Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Yerevana 90 min qaçqın gəlib. Təbii ki, bu rəqəmi şişirdilmiş saymaq mümkündür. Çünki ərazidə heç müharibəyədək də o qədər sayda adam yaşamayıb. Hesablamalar görə, maksimal say 60 min civarında olub.

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları isə bildirir ki, 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağa 50 minə yaxın erməni qaçqın qayıdıb. Buradan maraqlı nəticələr çıxır.

Əgər Qarabağa 50 min erməni qayıdıbsa, necə ola bilər ki, Ermənistanda qaçqın ermənilərlə bağlı iki məşğulluq proqramı işə salınsın. Demək ki, qayıdanların sayı Rusiya sülhməramlılarının açıqladığı kimi deyil, azdır. Çox hissə, hətta demək olar ki, mütləq əksəriyyət Ermənistanda qalıb ki, orada əlavə proqram işə salmağa ehtiyac yaranıb.

Hər halda dövlətin məşğulluq proqramı müəyyən sayda əhali kateqoriyasına ünvanlanmalı olan məsələdir. Beş-üç nəfəri işlə təmin etmək üçün proqram işə salınmaz.

"Baki-Baku.az"




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İqtisadi təhlil