USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Kitabxana “Şərq qadını jurnalı – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib


https://img.baki-baku.az/news/2023/11/photo_9926.jpg

Azərbaycanda ilk qadın jurnalı olan “Şərq Qadını”-nın (indiki “Azərbaycan qadını” jurnalı)  100 yaşı tamam olur.

1923–cü ilin noyabr ayında nəşrə başlayan,  ayda bir dəfə işıq üzü görən “Şərq Qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırıb.

Jurnalın ilk adı “Şərq qadını” olub. Odur ki, 1938-ci ilin fevralından etibarən jurnalın adı dəyişdirilərək “Azərbaycan qadını” adlandırılıb.

Bununla bağlı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən  “Şərq qadını jurnalı -100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar dövri mətbuatsəhifələrində dərc olunan məqalələr, Azərbaycanın mətbuat tarixi ilə bağlı kitablar, ənənəvi sərgidə Şərq qadını jurnalının ilk nömrəsi ilə yanaşı, müxtəlif illərdə nəşr olunan nömrələri, bir əsirlik tarixi yolundan, Azərbaycan qadınlarının ictimai fəaliyyətindən bəhs edən ədəbiyyat nümayış olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Serq_qadini_jurnali_100/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcək. 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət