USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu işə başlayıb


https://img.baki-baku.az/news/2023/11/photo_9893.jpg

Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub.

Əvvəlcə iştirakçılar kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilmiş Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli forumdan gözləntilərin böyük olduğunu bildirib: “Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".

Sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev keçirilən forumun ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır və sözügedən layihə dövlət orqanlarında razılaşdırma mərhələsindədir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğulayıb. Qeyd edilib ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa imkan yaradır.

Üç gün davam edəcək forumda, həmçinin müvafiq dövlət qurumlarının rəhbərlərinin və yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar keçiriləcək.

Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət