USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın zəngin mədəniyyəti Tbilisidə keçirilən tədbirdə nümayiş etdirilib


https://img.baki-baku.az/news/2023/11/photo_9672.jpg

Bu gün Gürcüstanda "Tolerantlıq Günü"nə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Tbilisi Şəhər Şurasının binasında təşkil olunan tədbirdə Azərbaycan Guşəsi də yaradılıb.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi guşədə Azərbaycanın Qarabağ, Quba, Gürcüstanın Borçalı və digər bölgələrinə aid xalçalar, milli geyimlər, məişət əşyaları və digər mədəniyyət nümunələri nümayiş etdirilib.

Tbilisi Şəhər Bələdiyyəsinin qərarı ilə ölkədə tolerantlığın inkişafına verdikləri töhfələrə görə milli azlıqların nümayəndələri mükafatlandırılıblar.

Soydaşımız, Tbilisidəki 73 saylı tam orta məktəbin müəllimi Leyla Babayeva da mükafat alanlar sırasında olub.

Tədbirdə aşıq Nargilə Mehdiyeva Azərbaycan mahnısı ifa edib.

Muzeyin elmi işçisi Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirdə belə bir guşəni yaratmaqda əsas məqsəd Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini təbliğ etmək, dünyaya tanıtmaqdır.

Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan səfirliyinin, eləcə də Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət