USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb


https://img.baki-baku.az/news/2023/11/photo_9667.jpg

Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.

Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlaması ilə əlaqədar forum təxirə salınmışdı.

Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.

Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları nəzərdə tutulur.

Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət