- Daxili siyasət
- 13:59 28.09.2024
TÜRKSOY Beynəlxalq Teatr Festivalı Türk dünyasında ilk dəfə keçirilir. Bu festivala Azərbaycan ev sahibliyi edir. Bu, olduqca möhtəşəm bir festivaldır.
Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, TÜRKSOY Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmlidir. “Bu günə qədər Türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək”, - deyə Sultan Raev bildirib.