USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert proqramı ilə çıxış edib


https://img.baki-baku.az/news/2023/10/photo_9407.jpg

Oktyabrın 29-da Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Qars şəhərində Azərbaycan Respublikasının buradakı Baş konsulluğunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura” ilə başlayan konsertdə bir sıra bəstəkar və xalq mahnıları təqdim edilib.

Prezident mükafatçısı Cahangir Qurbanovun dirijor olduğu musiqi bayramında Filarmoniyanın solisti Vəli Səfərovun ifasında “Kor ərəbin mahnısı” və “Çırpınırdı, Qara dəniz” əsərləri, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, duetləri türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət