USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ musiqiçisinin “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq


https://img.baki-baku.az/news/2023/10/photo_8851.jpg

Tanınmış ABŞ musiqiçisi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.

Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsidir.

Oktyabrın 10-u, 12-si və 14-də baş tutacaq konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.

Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys” musiqi müsabiqəsinin qalibi olub.

Pərvin Muradov bildirib ki, bir il ərzində Bakı şəhərinin Stanislav Yudeniçin “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsinə daxil edilməsi və onunla bu layihə çərçivəsində əməkdaşlıq edilməsi məqsədilə müzakirələr aparılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət