USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan MDB-nin XVII Delfi oyunlarında iştirak edəcək


https://img.baki-baku.az/news/2023/10/photo_8728.jpg

Oktyabrın 6-dan 10-na qədər Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi oyunları keçiriləcək. Oyunlarda Azərbaycanı bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri təmsil edəcək.

Oyunlarda 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.

Qeyd edək ki, gənclər arasında keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.

Müsabiqə proqramı aşağıdakı nominasiyalardan ibarətdir: fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlər. Müsabiqənin nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.

MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət