USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Virtual teatr - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümə başlayır


https://img.baki-baku.az/news/2020/09/photo_864.jpg

Ənənəvi olaraq hər il sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək. 

Teatrın mətbuat xidmətindən APA- ya verilən məlumata görə, bu məqsədlə virtual repertuar tərtib edilib və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və Youtube  kanalında) dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər. 

Tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər. 

Eyni zamanda sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti,  sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası,  27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin  tamaşaları nümayiş olunacaq. 




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət