USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Mədəniyyət sahəsində yeni strateji istiqamətlər müəyyən edilib" Nazir müavini yeniliklərdən danışdı


https://img.baki-baku.az/news/2020/09/photo_861.jpg

“Mədəniyyət sahəsində yeni strateji istiqamətlər müəyyən edilib”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilmiş iclasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib. O bildirib ki, bunun həyata keçirilməsində bəzi problemlərlə üzləşilir: “Bu problemlərin bir çox hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu, bizə idarəetmənin, iqtisadi modellərin tətbiq edilməsi üçün lazımdır. Sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin maddi imkanı heç də yüksək səviyyədə deyil. Dəyişikliklər bu sahədə çalışanların əməkhaqqılarına da müsbət təsir edəcək. Bu sahədə Mədəniyyət komitəsinin dəstəyini istərdik. Digər məsələlər şəffaflıqla bağlıdır. Bu sahədə şəffaflıq mütləq təmin olunmalıdır. Bu, səmərəlilik əmsalının artırılması məsələsidir. Həmçinin infrastruktur və maddi texniki bazanın təkmilləşdirilməsi məsələsi də var. Bunun inkişafı üçün səylər davam etdirilir. İnsan kapitalının gücləndirilməsi sahəsində də problemlər var”,  -deyə A.Kərimov vurğulayıb.

Nazir müavini həmçinin işğal olunmuş ərazilərdəki tarixi abidələrimizin bərpası məsələsinə də böyük əhəmiyyət verirdiyini qeyd edib. O deyib ki, UNESCO-da fəaliyyət göstərdiyi zaman da bizim tarixi abidələrimizin dağıdılması faktlarını hər zaman gündəliyə gətirib: “Bu sahədə fəaliyyətimizi bundan sonra da davam etdirmək niyyətindəyik. Bunu təkcə XİN və Mədəniyyət Nazirliyindən gözləmək düzgün olmaz. İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram. Bu məsələdə səsimizi beynəlxalq səviyyədə dünyaya çatdıraq. UNESCO-da bunu dövlət qurumları olaraq təqdim etdiyimiz faktlar effekt versə də, vətəndaşlar, araşdırma mərkəzləri, sosial media vasitəsilə edilən müraciətlər daha güclü effekt verir. Bunu nəzərə almalıyıq. Bununla bağlı hansısa strateji yol xəritəsi barədə düşünməliyik”.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət