USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Heydər Əliyev siyasəti və Azərbaycanın mədəni əlaqələri


https://img.baki-baku.az/news/2020/09/photo_860.jpg?v=MjAyMC0wOS0xNyAxNDo0Mzo1NA==

 

Sehranə  Kasimi,

AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi  işçisi,
sənətşünaslıq üzrə  fəlsəfə  doktoru, dosent

___________________________________________________________________________________________________________

Əslən Dağıstan xalqlarından olan adamlar bu gün Azərbaycanda tam hüquqlu vətəndaşlar kimi yaşayırlar, həmçinin Dağıstanda da azərbaycanlılar yaşayırlar. Təbiidir ki, Azərbaycan millətinə xas olan mehriban və isti münasibət, qayğıkeşlik, eləcə də qonaqpərvərlik kimi ülvi münasibətlər milli mentalitetimizin özəyidir, belə ki, hər bir azərbaycanlı düşünmədən deyə bilər ki, digər ölkələrdə yaşayanlar da bizim qardaşlarımız və dostlarımızdır.  Müxtəlif mədəniyyət işçiləri, ictimai xadimlər və eləcə də görkəmli elm xadimi Əziz Əliyev Dağıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi işində çox böyük işlər görmüş və öz töhvələrini  vermişlər. Artıq Azərbaycan müstəqil bir dövlətdir. Lakin, müstəqilliyə qədərki dövrdə belə, Azərbaycan qonşu dövlətlərə sıx dostluq münasibətində yaşamışdır. İndi ayrı bir Respublika olan Dağıstanla münasibətlərimiz – Rusiya ilə dostluq münasibətləri deməkdir. Biz, Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban  münasibətlər şəraitində yaşamışıq. Indi də bu münasibətlər davam edir. Dağıstan özünün coğrafi mövqeyi, Azərbaycana xüsusi yaxınlığı baxımından Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır. [Ə.Əliyev.Biblioqrafiya 15 ]. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə  sıx bağlıdır. 1997 – ci ildə,görkəmli  dövlət və elm xadimi Əziz Əliyevin 100 illiyinə  həsr olunmuş   təntənəli Yubiley gecəsində ulu Öndərimiz Heydər Əliyev belə söyləmişdir : “Mən çıxışımın əvvəlində dedim və bir daha demək istəyirəm ki, bugünkü gün Dağıstan və Azərbaycan xalqları arasında dostluğun parlaq bir səhifəsidir.  Xalqlarımız həmişə dostluq etmişlər və indi biz bu dostluğu, münasibətlərimizi möhkəmləndiririk. Ötən ilin noyabrında biz Qafqazın böyük oğlu, bütün  Qafqaz xalqlarının görkəmli qəhrəmanı Şeyx Şamilin 200 illiyini birlikdə qeyd etdik.  Xalq məclisinin sədri Muxu Əliyev başda olmaqla Dağıstandan Bakiya böyük bir nümayındə heyəti gəlmişdi. Bizim nümayəndə heyəti Mahaçqalaya getmişdi.  Biz bir yerdə olduq və Şeyx Şamil bizim ümumi qəhrəmanımızdır.  Təsadüfi deyil ki, həmin gecədə Şeyx Şamilin indi Şəki rayonunda yaşayan nəticəsi Məriyət Əsgərova da çıxış etdi. Biz həmişə bir – birimizin yanında olmuşuq və azərbaycanlılarla dağıstanlıları bir – birindən heç vaxt ayırmamışıq”.  [Bakı,16 may 1997 il.Azərbaycan Prezidenti H.Əliyevin nitqi].

...Üzərindən çox illər keçməsinə baxmayaraq, Azərbaycanda ulu öndərimizin müdrik iş prinsipini onun davamçısı, Azərbaycanın Prezidenti cənab İlham Əliyev davam etdirir. Belə ki, 12 – 13 may 2016 il tarixində Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyət günləri keçiridi. Tədbirin məqsədi Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında  mədəni əməkdaşlığı inkişaf etdirmək və dağıstanlıların zəngin mədəniyyəti ilə tanışlığı genişləndirmək idi. 2016-il may ayının 12-də  Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirildi. Sarayın foyesində Dağıstan xalqlarının dekorativ – tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilmişdi.  Ekspozisiyaya milli geyimlər, silahlar,zərgərlik məmulatları, xalçalar və s. daxil edilmişdi. Ziyarətçilər sərgiyə böyük maraq göstərirdilər. Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, Azərbaycanda Dağıstan Mədəniyyəti günlərinin keçiriıməsi ölkəmizin həyatında mühüm mədəni hadisədir.  İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din,adət-ənənələr bir-birinə bağlayıb. Milli Məclisin sədri Dagıstanın  Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını vurğulamışdı.

Azərbaycan  xalqının ümummilli lideri  Heydər Əliyev Dağıstana böyuk sevgi ilə yanaşmışdır. Dağıstan da ona eyni münasibət göstərirdi.  Təsadüfi deyildir ki, Dərbəndin mərkəzi küçələrindən biri ulu öndər Heydər Əliyevin adını daşıyır.  Vaxtilə Dağıstana rəhbərlik edən görkəmli siyasi xadim  Əziz Əliyevə Mahaçqalada abidə ucaldılması hər iki xalqın həyatında mühüm hadisə oldu.

2016 – ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Oqtay Əsədov deyirdi: “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar,ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dagıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər.  Qeyd edim  ki, Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti Murad Kajlayevi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhvəyə görə “ Dostluq” ordeni ilə təltif edib”.[baku – art.az ]...

Azərbaycan  incəsənəti və mədəni əlaqələrindən danışarkən, ilk növbədə Azərbaycanın milli sərvəti olan Muğamdan, şifahi ənənəli professional musiqisindən söhbət açılmalıdır.

Bu gün, Azərbaycan musiqisi,  xüsusilə də,Azərbaycan muğamı bütün dünyaya səs salmışdır. Bu gün fəxrlə deyə bilərik ki, muğamımız dünyanı gəzir.  Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənmişdir. Bundan savayı,  məşhur muğam ustadı, xanəndə Alim Qasımovun  di- jey Devid Vendetta ilə birgə proyekti çox uğurlu olmuşdur.

2008 – ci ildə, UNESCO Azərbaycan Muğamını "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da Muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi. 

2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilib. Festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən (Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, İtaliya, Almaniya) dəvət olunmuş xarici qonaqlar iştirak ediblər.

2011-ci ilin martında Bakıda “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrindən (ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya) tanınmış musiqiçi və tədqiqatçıların iştirak etdiyi Festival çərçivəsində də elmi simpozium təşkil olunmuş, Muğam opera tamaşaları, Muğam əsasında yaradılmış simfonik əsərlərdən, klassik Azərbaycan Muğamlarından, etno-caz musiqisindən ibarət konsertlər keçirilmişdir.

2013-cü il martın 9-dan 19-dək Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilmişdir.

Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq Muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunmuşdur.

Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak etmişlər. 

Heydər Əliyev Fondu Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşrini hazırladı. 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında layihənin təqdimatı keçirildi. Mərasimdə Azərbaycanın birinci xanımı və vitse – Prezidenti, Fondun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan Muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.

2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli Muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını etmişlər.   

Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması hər bir incəsənət adamının mənəvi borcudur.

Bildiyimiz kimi, təkcə  Azərbaycanın, Qafqazın deyil, ümumiyyətlə, dünya mədəniyyətinin öyrənilməsi, tədqiq və təbliğində  alimlərimiz,  elm və ictimai xadimlərimiz,  incəsənət xadimlərimiz az iılər görməmişlər.Lakin, mədəni əlaqələri təkcə əks etdirmək deyil, həm də onu analiz etmək lazımdır. Etnik xalqların mədəniyyətlərini qoruyub saxlamaq müasir qloballaşma dövründə, adət-ənənələrin az qala unudulduğu bir  zamanda çox vacibdir. Bu regionun xalqlarının tarixi, məşğuliyyəti, mədəniyyəti, adət-ənənələri, mövcud durumları haqqında ətraflı məlumatlar əldə edərək müxtəlif informasiya vasitələrində işıqlandırmaq bu günün prioritet məsələsidir. Bəllidir ki, hər bir xalqın mədəniyyəti, dili, adət və ənənələri onun mühüm özünütəsdiq elementidir. Bu sahədə aparılan  tədqiqatlar,   Qafqazın azsaylı xalqlarinin mədəniyyət sahəsindəki  araşdırmalar onu  göstərir ki, sadə insanların öz milli adət-ənənələrini, dillərini qorumağa münasibətləri, maraqları multikultural dəyərlərə söykənmişdir. Bildiyimiz kimi, Qafqazda vəziyyət həm siyasi,həm iqtisadi baxımdan olduqca mürəkkəbdir. Bu isə, əlbəttə ki, mədəni vəziyyətə də təsirsiz ötüşmür.Onu da qeyd etmək lazımdır  ki, məhz mədəni tematika müasir ünsiyyət  vasitəsidir.  Çünki, bütün bunlar əlaqəlidir. Azərbaycanda da isə inkişaf durmadan irəliləyir. Yuxarıda verilən mənbələrı nəzərdən keçirdikcə, Azərbaycan mədəniyyətinin  nə qədər vüsət tapdığını vurğulamamaq mümkünsüzdür.

Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan mədəniyyəti yaxın qonşu ölkələrin mədəniyyətinə güclü təsir etmişdir.  Azərbaycan əsrlər boyu öz musiqisini,öz adət ənənəsini, öz mərasim musiqisini, folklorunu, şifahi-xalq yaradıcılığını, professional musiqisini,və s. qoruyub saxlamış, onu inkişaf etdirmişdir. Azərbaycan xalqı heç bir zaman basqa xalqların mədəniyyətinə, incəsənətinə göz tikməmiş,onu mənimsəməməişdir. Əksinə,  bəzi qonşu    Qafqaz xalqları  Azərbaycan musiqisini, incəsənətini, mədəniyyətini, hətta adət - ənənələrini özününküləşdirərək, dünya arenasına çıxarmışdır. Buna misal olaraq, bəzi bildiyimiz  və gördüyümüz  faktları bölüşmək istərdik....

...1980-1990 -cı illər ərəfəsində erməni rəqs ansamblı ABŞ –ya qastrol səfərində olduğu müddətlərdə bütün səfər boyu ancaq Azərbaycan musiqilərini ifa edib, erməni rəqsi kimi elan edirdilər. Məsələn, “Qoçəli” rəqsi Azərbaycanın xalq rəqsidir və  bu rəqsin bir açıqlaması vardır. Belə ki, Bakıda Qoç Əli adında məıhur bir qoçu varmış və rəvayətə görə, bu qoçu ermənilərə məhz növbəti (mart qırğınlarına)  haqsızlıqlarına görə divan tutubmuş. Adindan göründüyü kimi Qoç və Əli ermənilərdə ola bilməz. Yəni, Əli adı ermənilərə yaddır. Çünki, müsəlman adıdır. Adını belə dəyişmədən, “Qoçəli” rəqsini erməni rəqsi kimi elan edirlər. “Приглашение на танец» (“Rəqsə dəvət” ) adlı sənədli film Az.TV kanalında yayımlandı və bir daha efirlərə çıxmadı. Məhz bu sənədli filmdə ermənilər ABŞ da qastrol səfərində Azərbaycan xalq rəqsləri olan “Köçəri”, “ Tərəkəmə”, “Uzundərə”, və s. kimi rəqsləri öz xalq rəqsləri adı altında nümayiş etdirdilər. Film 1989  -ilin istehsalıdır. ...Başqa  bir mənbədə sözləri Fikrət Qocaya aid  olan  Azərbaycan bəstəkarı Ramiz Mirişlinin  “Ay qəlbi kövrək” mahnısı erməni müğənnisi tərəfindən ifa edilib, tam erməni mahnısı adı ilə populyar olmuşdur. Azərbaycan klassik musiqisinin banisi Ü. Hacıbəylinin “Sənsiz” romansını isə erməni xalq artisti Ruben Matevosyan ifa etmişdir. Görkəmli sənətkarımız Rəşid Behbudovun ifasında təkrarolunmaz “Ləbu-ləb” Azərbaycan xalq mahnısı erməni dilində “Çem u çem” adı ilə hələ də oxunur. Müxtəlif yollarla Azərbaycan muğamı, Azərbaycan xalq musiqisi, professional  Azərbaycan bəstəkarlarının mahnıları  Ermənistana daşınmış və  Azərbaycanın bu mükəmməl sərvətləri erməni musiqisi adı altında dünyaya yayılmaqda davam edir. Əgər bu siyahıya Bakı Filarmoniyasının solistləri; xalq artisti, kamançaçı Nefton Qriqoryan, əməkdar artist, kamançaçı Boris Keropyanı da daxil etsək,bu iki instrumentalist ifaçı Azərbaycan Muğam dəstgahlarının ifasına mükəmməl nail olmuş və yetişdirdikləri erməni tələbələrinin bu ənənəni davam etdirməyi tövsiyə etmişlər. 1972-ci ildə Bakı tarzəni Stanislav Xaçanyan, 1988-ci ildə Boka, Jora Kirovabadski kimi  Bakıda yaşamış, lakin erməni əsilli müğənnilər özləri ilə xalq mahnılarımızdan və bəstəkar mahnılarından, mütəlif Azərbaycan musiqisinin əsərlərindən  ibarət böyük bir baqaj apardılar. Bu  gün  onların özləri ilə apardığı musiqi mirasını erməni dilində  geninə -  boluna  erməni musiqisi kimi öz adlarından  təqdim  edirlər. Bu siyahını  uzatmaq olar. 

Rus musiqişünası V.S.Vinoqradov özünün  “Традиционная Иранская национальная музыка» adlı  kitabında Azərbaycanda mövcud olan üç əsas muğam məktəbinin; Bakı, Şirvan, Qarabağ məktəblərinin ifa üslublarını və onlara məxsus üsulları şərh edir,dəstgahların tərkibini təqdim edir və İran dəstgahları ilə olan müştərəkliyi, eyniliyi nəzərə çatdırır.  Rus musiqişünası  öz yazısında deyir: «У армян мугамы  никогда не существовали.  Два мугама – «Шур» и  «Раст» -они в средние века взаимствовали  у Cеверных Азербайджанцев».

Bütün bunlar bir daha Azərbaycan musiqisinin digər Qafqaz xalqlarının musiqisində nə dərəcədə əhəmiyyərli olduğunu deməyə əsas verir.

Daha bir ortaq incəsənəti vurgulamaq niyyətindəyik. Çeçen və Azərbaycan mədəni münasibətləri əsas etibarilə rəqs incəsənəti üzərində qurlmuşdur. 

Rəqslərimizin müştərəkliyi, böyuk ustadlarımızın yaxın dostluğu bu qarşılıqlı əlaqələrin daim tərəqqisinə və çiçəklənməsinə gətirib çıxarmışdır.

SSRİ xalq Artisti Dünya Rəqs sənətinin virtuozu Mahmud Esambayev üçün Azərbaycan ikinci vətəndir desək, yanılmarıq. Onun Bakıda keçirdiyi ustad dərsləri  Çeçen Respublikasının (İndiki İşkeriya) “Vaynax” Dövlət Rəqs ansamblının  Bakı qastrolları hər zaman böyük anşlaqla keçərək, gur tamaşaçı alqışları ilə qarşılanmışdır. C.Cabbarlı adına “Azərbaycankinofilm” studiyası Mahmud Esambayev haqqında  “Mən rəqs edəcəyəm” adlı bədii film çəkmişdir.Burada Azərbaycan xalqının Çeçenistanın istedadlı oğluna məhəbbəti ön plana cəkilmişdir.

Bədii filmdə onun gerçək həyatından bəhs edilir. Belə ki, Böyük Vətən Müharibəsi illərində qastrol səfərlərinin birində, 16 yaşlı Mahmud cəbhə konsertində növbəti çıxışı zamanı qarşısında aviasiya bombası partlayır. Gənci ümidsiz halda Bakıya gətirirlər. Ağır cərrahiyyə əməliyyatından sonra Bakılı həkimlər onu həyata qaytarırlar...

Mahmud Əlisoltan oğlu Esambayev Bakıya tez–tez dostlarının evinə qonaq gələrdi. Sonuncu dəfə ölümündən az əvvəl  Polad Bülbüloğlunun 50 illik Yubileyinə təşrif gətirmişdi...

Azərbaycan Respublikası bu gün də öz mədəni əlaqələrini yaxın qonşu xalq, yaxın dost ölkə olan Çeçenistanla mütamadi olaraq davam və inkişaf etdirir. Buna misal olaraq, 2012–ci il Noyabrin 15–də  Bakı şəhərində imzalanmış  “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında  Saziş”-in təsdiq edilməsi barədə  Azərbaycan Respublikası PREZİDENTİNİN  FƏRMANI - nı  vurğulaya bilərik. (Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev. Bakı şəhəri 19 dekabr.2012.№787)   

Ədəbiyyat:

 

  1.  [Ə.Əliyev.Biblioqrafiya 15 ]
  2. [Bakı,16 may 1997 il.Azərbaycan Prezidenti H.Əliyevin nitqi].
  3. [baku – art.az ].
  4. Az. TV « Приглашение на танец» 1989 il.(veriliş)
  5. H.Əliyev Fondu. Qəbələ Musiqi Festivalı.
  6. https://bit.ly./Medeniyyet TV
  7. V.S.Vinoqradov  “Традиционная Иранская национальная музыка»
  8. Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev. Bakı şəhəri 19 dekabr.2012.№787. Prezident Fərmanı.

 

 

 

 

 

 

 




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Sehranə Kasimi