- Daxili siyasət
- 09:39 08.12.2023
Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən 26-dək Özbəkistan və Qazaxıstanda təqdim olunacaq.
VI Beynəlxalq “Türk dünyasının Etnomodu” həftəsi Fərqanədə başlayacaq, Türküstanda davam edəcək.
Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edəcəklər.