USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Musiqi Günü münasibətlə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb


https://img.baki-baku.az/news/2023/09/photo_8320.jpg

Milli Musiqi Günü münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

 Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır.

Nazir deyib ki, xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir bəy görkəmli dövlət xadimi idi, həmçinin Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival haqqında fikirlərini bölüşərək bildirib ki, Üzeyir bəyin əsərləri hər zaman sevilə-sevilə dinlənilir. Çox sevindirici haldır ki, torpaqlarımız azad olunub, artıq Şuşada musiqi festivalları, Vaqif Poeziya günləri keçirilir. Bu gün Üzeyirin ruhu şaddır, onun əsərləri doğma Qarabağımızda səslənir.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət