USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qırğızıstanda Birinci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib


https://img.baki-baku.az/news/2023/09/photo_8319.jpg

 Qırğızıstanda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Birinci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyası, Türk Tarix Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Qurultay Avrasiya tarixi və arxeologiyası ilə bağlı geniş spektrli mövzuları əhatə edən monoqrafik tədqiqatların nəşri, tarix və digər fənlər üzrə ekspertlər arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və tematik dövri nəşrlərdə materialların dərc edilməsi məqsədi daşıyıb.

Beynəlxalq konqresdə antik dövrdən müasir dövrə qədər olan dövrü əhatə edən türk dövlətlərinin tarixi ilə bağlı məsələlər xronoloji olaraq müzakirə edilib.

Konqresdə çıxış edən prezidenti, akademik Şahin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyətinin dilçilik, tarix, arxeologiya, et­noqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə etdiyini bildirib. O, tədbirin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. 

Qeyd edək ki, konqresdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya Federasiyası, Bolqarıstan, Ukrayna və digər ölkələrdən 50-dən çox türkoloq, Asiya, Avropa və Amerikadan tədqiqat mərkəzlərinin ekspertləri, diplomatik nümayəndələri iştirak ediblər.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət