USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanlı musiqiçi Fransada musiqi məktəbinə rəhbərlik edəcək


https://img.baki-baku.az/news/2023/09/photo_8003.jpg

Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha Musique School” musiqi məktəbinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mərasimdə Fransada “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Ros və digər şəxslər iştirak ediblər. Qonaqlar musiqi məktəbinin fəaliyyətə başlaması münasibətilə azərbaycanlı musiqiçini təbrik edib və xoş arzularını çatdırıblar.

Qeyd edək ki, məktəbdə piano və vokal musiqi dərsləri, xarici və yerli bəstəkarların əsərləri tədris olunacaq.

Xatırladaq ki, Bakıda anadan olan İlahə Ahui burada fortepiano sinfində təhsil alıb və kiçik yaşlarından xor solisti olub. O, on iki yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. Qərb Universitetinin Menecment fakültəsindən məzun olan İlahə Ahui 1999-cu ildə Fransanın Strasburq şəhərinə, bir il sonra isə Strasburqdan Kolmar şəhərinə köçüb və 23 ildir orada yaşayır. O, 2012-ci ildə Kolmar şəhər Milli Konservatoriyasının (Conservatoire National de Colmar) dirijorluq və vokal sinfinə daxil olub. Hazırda həmin konservatoriyanın müəllimi olan İlahə Ahui Fransada Azərbaycan mədəniyyətini təbliğ edir.

İlahə Ahui yerli xor qruplarına dirijorluq etməklə yanaşı, həmçinin Kolmardakı “Yamaha” musiqi məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olub. Uzun və zəngin musiqi karyerasına malik olan azərbaycanlı musiqiçi özünün məktəbini təsis etmək qərarına gəlib.

İlahə Ahui Fransadakı Azərbaycan icmasının fəal üzvlərindəndir.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət