USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan yazıçılarının əsərlərinin də daxil olduğu “MDB ölkələri xalqlarının ədəbiyyatının antologiyası” Birlik məkanında “İlin Kitabı” elan olunub


https://img.baki-baku.az/news/2023/09/photo_7998.jpg

Azərbaycan yazıçılarının əsərlərinin də daxil olduğu “MDB ölkələri xalqlarının ədəbiyyatının antologiyası” bu günlərdə Moskvada keçirilmiş MDB ölkələri və Gürcüstanın Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda “İlin Kitabı” elan olunub.

Rusiya paytaxtından qayıdan uşaq yazıçısı, “Everest” nəşriyyat evinin baş redaktoru professor Solmaz Amanova bildirib ki, onunla yanaşı, ölkəmizi forumda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahidə Dadaşova və bədii illüstrator Nərminə Abdullayeva təmsil ediblər.

Rus dilinin 2023-cü ildə Müstəqil Dövlətlər Birliyində millətlərarası ünsiyyət dili elan edildiyini xatırladan Solmaz Amanova qeyd edib ki, tədbirlərin bir qismi birinci Moskva Beynəlxalq Uşaq Kitab Yarmarkası və “III Birliyin Oxucular Assambleyası” çərçivəsində “Eksposentr” Mərkəzi Sərgi Kompleksi və Rusiya Dövlət Uşaq Kitabxanasının platformalarında keçirilib.

“MDB-də mütaliə mədəniyyəti: ümumi keçmişdən böyük gələcəyə” mövzusunda plenar iclası Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy aparıb. Solmaz Amanova və Azərbaycan nümayəndə heyətinin digər üzvləri məruzələrlə çıxış ediblər. Xüsusən yazıçının “Tarixin gücü: “İrs” seriyasından Solmaz Amanovanın nağılları” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Forumun yekunlarına görə ümumi mədəni irsin formalaşdırılması və inkişafı üzrə gələcək qarşılıqlı fəaliyyət barədə qətnamə qəbul edilib. Bəzi naşirlər MDB ölkələri yazıçılarının kitablarını nəşr etmək istədiklərini bildiriblər, çünki uzun illər ərzində uşaq kitabxanaları Birlik ölkələrinin uşaq nəşrlərini əldə etməyiblər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət