USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Ana” tamaşası Şuşa teatrında nümayiş olunacaq


https://img.baki-baku.az/news/2023/08/photo_7903.jpg

Sentyabrın 23-də yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq.

Teatrdan verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir; Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət