USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Özbəkistanlı tələbələr Nizami muzeyinin qonağı olublar


https://img.baki-baku.az/news/2023/08/photo_7897.jpg

Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Tələbələri Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru müşayiət edib, onlara zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verilib.

Əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış olan tələbələr muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarını böyük maraqla tamaşa ediblər.

Müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından seçmə şeirləri özbək dilinə tərcümə edən gənclər muzeyin “Rəylər kitabı”na öz fikirlərini yazıb və bu mədəniyyət ocağında təkrarən olmaq istədiklərini qeyd ediblər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət