- Daxili siyasət
- 13:50 26.09.2023
Dünyaca məşhur isveçli müğənni Cay-Cay Cohanson Türkiyə turnesi çərçivəsində İstanbul, Ankara və İzmirdə konsert verəcək.
Anadolu agentliyi xəbər verir ki, qeyri-adi səsi ilə diqqət çəkən sənətçi oktyabrın 20-də Ankarada, 21-də isə İstanbulda öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, 1996-cı ildən indiyədək fəaliyyət göstərən və Türkiyədə özünə geniş auditoriya toplayan Cay-Cay Cohanson "Believe in us", "So tell the girls that I'm back in town", "Mr. Fredrikson", 'On the radio', "Time will show me" kimi məşhur mahnıların ifaçısıdır.