USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Euronews” saytında Qəbələ Beynəlxalq Musiqi festivalı barədə məqalə dərc edilib


https://img.baki-baku.az/news/2023/08/photo_7871.jpg

“Euronews” saytında Qəbələ Beynəlxalq Musiqi festivalı barədə “Qoy gözəl musiqiyə öyrəşsinlər!”: Qəbələ festivalı gəncləri seçir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Qəbələdə keçirilən beynəlxalq tədbirin başa çatan yay mövsümünün ən parlaq musiqi hadisələrindən biri olduğu qeyd olunur. Onun vizit kartı həm tanınmış, həm də çox gənc ifaçılar üçün bərabər çıxış etmək imkanlarıdır.

Afişaların müxtəlifliyi təsiredicidir: mənzərəli Qəbələ festivalına Azərbaycan, eləcə də Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya və Polşanın müxtəlif güşələrindən ifaçılar, dirijorlar, bütöv musiqi kollektivləri gəlmişdi.

Yay musiqi bayramına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Viva Opera”nın konserti ilə start verildi.

Tədbirin bədii təşkilatçısı Fərhad Bədəlbəyli ifaçıları qürurla təqdim edərək deyib: “Sayca 13-cü festival adları bütün dünyada tanınan ulduzlarımız Yusif Eyvazov və Dinara Əliyevanın ifası ilə açılır. Lakin gənclər üçün də proqram mövcuddur”.

Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Fuad İbrahimov qeyd edir: “Gənc istedadlara festivalda xüsusi diqqət yetirildi. Onlar hər konsertdə iştirak edirlər. Festivalda onlara çox yüksək dəstək göstərilir. Hər bir ölkənin gələcəyi onun gəncləridir və əlbəttə ki, gənclərin belə tədbirdə iştirakı çox dəyərlidir”.

Gənc istedadların müşayiət edilməsi respublikada sistemli xarakter daşıyır. Qəbələ festivalı “Gənclərə dəstək” layihəsinin xətti ilə seçilmiş musiqiçilərə də şərait yaradır. Festival 2016-cı ildən keçirilir və həmin vaxtdan miqyaslı məsələni həll edərək, böyük səhnəyə aparan yolda istedadları aşkar etməyə və yetişdirməyə kömək edir.

Fərhad Bədəlbəyli əlavə edir: “Festival həm də maarifləndirici xarakter daşıyır. Hər bir konsertdən öncə mühazirəçi çıxış edir. Arxamdakı zalda uşaq səsi eşidirsiniz. Qoy yaxşı musiqiyə öyrəşsinlər!”.

“Peşəkar ustadlarla görüş və gənc musiqiçilərin yetişməsi: Qəbələ festivalı Heydər Əliyev Fondu tərəfindən yaradılıb və Mədəniyyət Nazirliyi xətti ilə dəstək alır. Bu tədbir bütün fəaliyyəti ərzində dünyada bir neçə yay günləri və axşamlarında iştirakçıları və tamaşaçıları sevindirən klassik, xalq, caz və rəqs musiqisi bayramı kimi tanınıb”, - deyə “Euronews” nəşrində qeyd olunur.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Mədəniyyət