USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı haqqında kitab çapdan çıxıb


https://img.baki-baku.az/news/2023/08/photo_7855.jpg

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb.

Qeyd edək ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

Nəşrdə Milli Qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

Kitabda İ.Aznaurovun dostları, ailə üzvləri, silahdaşları, yaxınlarının onunla bağlı xatirələri də verilib. Geniş oxucu kütləsinin marağına səbəb olacaq kitabda Milli Qəhrəmanın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, valideynlərinin, övladlarının, dostlarının, ailə fotoşəkilləri də yer alıb.

"Ön söz"ün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. “Ön söz”də qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün düşmüşlər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşaraq, öz canlarını fəda ediblər.

Bu cür qəhrəmanlardan biri də əslən Axıska türklərindən olan, Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur. Qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı olan İ.Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərərək, qəhrəmancasına şəhid olub.

Nəşrdə vurğulanır ki, İ.Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni doğulan, yetişən, formalaşan vətənpərvər Azərbaycan gəncləri davam etdirmiş, rəşadətli Azərbaycan Ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları azad edilmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respublikasının o zamankı Prezidenti Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Eyni zamanda kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikrinə isnad edilir: "Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaqlar".

“Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab gənc nəsillərə Vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hisləri aşılayan nəşr nümunəsi kimi də oxuculara tövsiyə olunur.




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Mədəniyyət