USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Muğam milli-mənəvi dəyərimizdir


https://img.baki-baku.az/news/2023/08/photo_7747.jpg

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 26 Avqust – Beynəlxalq Azərbaycan Muğam Gününə həsr olunmuş “Muğam milli-mənəvi dəyərimizdir” mövzusunda tədbir keçirib.

Kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən MKS-nin direktoru Lətifə Məmmədova muğam sənətinin təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsindən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda beynəlxalq muğam festivallarının keçirilməsindən danışıb. O bildirib ki, muğamlarımız dərin fəlsəfi məzmuna malikdir, onun bir janrı da simfonik muğamdır, əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulub.

Abonement bölməsinin müdiri Lalə Səlimova Azərbaycan muğamının yaranma tarixi haqqında, Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova Azərbaycanda muğamın geniş yayılması barədə məlumat verib.

Qonaqlardan Şəhla Vəliyeva, Raya Məmmədova, Mələk Nəcəfzadə, Tünzalə Nəsirova bütün Türk dünyasına xas olan muğamın vətəninin Azərbaycan olduğunu, bizi həyatımızın əvvəlindən sonuna qədər müşayiət etdiyini, insana ruhi saflıq və ucalıq bəxş etdiyini söyləyiblər.

Kitabxananın fəxri oxucusu, xanəndə Maya Cəbrayılova Azərbaycan muğamları haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib və müxtəlif növ muğamlar ifa edib.

Tədbirin sonunda muğamla bağlı diskussiya keçirilib.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət