USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək


https://img.baki-baku.az/news/2023/08/photo_7723.jpg

Avqustun 30-31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) platformasında Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu “STMEGI” və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

BBMM-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Dillər Universitetində baş tutacaq konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edəcək. Konfransın açılışında Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, BBMM-nin İcraçı direktoru Rəvan Həsənov, Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı, Zehavit Qross çıxış edəcəklər. Açılış sesiyasında İsrailin Bar-İlan Universitetinin professoru Dan Şapiranın məruzəsi dinləniləcək.

İki gün davam edəcək beynəlxalq konfransın 13 panel iclasında “Adət və ənənələr”, “Azərbaycanda və Yəhudi İcmasında multikulturalizm”, “Milli və Etnik Kimlik”, “Sionist Fəaliyyət və Qafqazdan immiqrasiya”, “İsrail-Azərbaycan münasibətləri”, “Bakıdakı Yəhudi İcması: Tarix və Cəmiyyət”, “Dil və Kimlik”, “Qafqaz yəhudiləri Müasir dövrdə”, “Dağ Yəhudiləri ikinci dünya müharibəsi dövründə”, “Mədəniyyət və incəsənət”, “Yəhudilər Azərbaycanda”, “Qafqaz yəhudilərinin tədqiqi mənbələri” mövzularında geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, konfrans Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Akademik Aşkelon Kolleci (İsrail), Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu “STMEGI”-nin birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın musiqi və rəqslərinin də nümayiş olunacağı qala tədbirinin keçirilməsi nəzərdə tutulur.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Mədəniyyət