USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmiz Beynəlxalq Nəfəs Alətləri Orkestrləri Festivalında təmsil olunub


https://img.baki-baku.az/news/2023/08/photo_7707.jpg

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Rusiyanın Yekaterinburq şəhərində IX Beynəlxalq Nəfəs Alətləri Orkestrləri Festivalında ölkəmizi təmsil edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivala bədii rəhbər-direktor, dirijor, Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət qatılıb. Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı və beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident mükafatçısı, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin solisti Mahir Tağızadə də festivalda orkestrlə birgə çıxış ediblər.

Festivalda Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub və böyük maraqla qarşılanıb. Konsertin sonunda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə festival boyu mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət