USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mədəniyyət Nazirliyi Kadr Ehtiyatı Bankı yaradır


https://img.baki-baku.az/news/2023/07/photo_7630.jpg

Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Kadr Ehtiyatı Bankı mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsinin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır.

Mədəniyyət Nazirliyi aşağıdakı meyarlardan hər hansı birinə uyğun olan şəxsləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə Kadr Ehtiyatı Bankına müraciət etməyə dəvət edir:

- İncəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə aid edilən digər sahələr üzrə ali təhsili olan şəxslər;

- İdarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi olan şəxslər;

- Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş şəxslər;

- Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilməklə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslər.

Qeydiyyat üçün keçid: http://bit.ly/3DcGNUT




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət