USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Heydər Əliyev və ədəbi irsimiz”


https://img.baki-baku.az/news/2023/06/photo_7540.jpg

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar daha bir yeni kitab işıq üzü görüb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Sevinc Dadaşovanın tərtibçiliyi ilə “Heydər Əliyev və ədəbi irsimiz” adlı yeni kitab çapdan çıxıb. Kitab Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzusunda məqalələr toplusundan ibarətdir.

Topluda ulu öndərin Azərbaycan ədəbiyyatına olan diqqət və qayğısını əks etdirən məqalələr toplanıb. 1999-cu ildən 2022-ci ilə qədər Azərbaycan mətbuatında və internet portallarında mövzu ilə əlaqədar ölkəmizin tanınmış elm, mədəniyyət xadimləri və ziyalıları tərəfindən yazılan məqalələr günümüzün tarixindən keçmişə doğru sıralanaraq kitab şəklində çap olunub.

Kitabın tərtibçisi və ön sözün müəllifi Sevinc Dadaşova yazır ki, hər xalqın özünə məxsus tarixi qəhrəmanı, xilaskarı, dar gününün pənahı olan şəxsiyyətləri olmuşdur. Azərbaycan xalqının da ağır günündə gələcəyə işıq tutan parlaq ulduzu, ulu öndəri Heydər Əliyev olmuşdur. 

Yeni nəşrdə Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, jurnalist Elnarə Akimova, jurnalist İradə Sarıyeva, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, tənqidçi, publisist Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı, jurnalist Allahverdi Eminov və başqalarının elmi-publisistik məqalələri dərc olunmuşdur. Kitabda o cümlədən ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı barədə müdrik fikirlərinə geniş yer ayırılıb. Onun dilindən ədəbiyyatımız böyük milli sərvətimiz olaraq dəyərləndirilir. 

Kitab 552 səhifədən və ulu öndər barədə maraqlı foto-blokdan ibarətdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyevdir. 

Səadət Rzayeva




Redaktorun seçimi

Rəqabət artdıqca inhisarçılıq zəifləyir
  • İqtisadiyyat
  • 09:45 24.09.2023
Rəqabət artdıqca inhisarçılıq zəifləyir
Ermənistan Rusiya silahlarından imtina edib
  • Siyasi təhlil
  • 09:10 24.09.2023
Ermənistan Rusiya silahlarından imtina edib
Şəhidlərə ehtiram, yoxsa...
  • Daxili siyasət
  • 09:00 24.09.2023
Şəhidlərə ehtiram, yoxsa...

Mədəniyyət