USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“The Korea Times” qəzeti Azərbaycan multikulturalizmi barədə yazıb


https://img.baki-baku.az/news/2023/04/photo_7325.jpg

Nüfuzlu “The Korea Times” qəzetində tanınmış köşə yazarı Çoe Ceonq-daenin Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Azərbaycanın multikulturalizmi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın tarixi İpək yolu boyunca ticari və mədəni mübadilələrin asanlaşdırılmasında oynadığı mühüm roldan, bu xüsusda Azərbaycan ilə Koreyanın qədim Şilla krallığı arasında mədəni və ticari əlaqələri üzə çıxaran arxeoloji tapıntılardan danışılır, bir müddət əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının Koreya dilinə tərcüməsinin Azərbaycan ilə Koreya arasında mədəni mübadilələri və qarşılıqlı anlaşmanı təşviq etdiyi vurğulanır.

Müəllif, həmçinin Azərbaycanın qədim multikulturalizm ənənələri ilə tanındığını, multikulturalizmin dövlət siyasətini təşkil etdiyini, ölkəmizdə etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün vətəndaşlar arasında harmoniyanın və birliyin mövcud olduğunu diqqətə çatdırır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinə geniş yer verən müəllif onu mürəkkəb tarixi və siyasi sınaqlar fonunda xalqını sarsılmaz qətiyyətlə müstəqilliyə doğru aparan qüdrətli Lider kimi təqdim edir, Ulu Öndərin mükəmməl idarəçilik bacarığı və vətənpərvərliyi sayəsində Azərbaycanın siyasət, sosial-iqtisadiyyat, elm-texnologiya və mədəniyyət kimi müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulayır.

Məqalədə, xüsusilə Heydər Əliyev kimi böyük Liderin Azərbaycanın tarixi yaddaşının bərpası və milli ruhun dirçəlməsinə yönəltdiyi qeyri-adi səylərin Azərbaycan xalqına yeni və möhkəmlənmiş özünüdərk qazandırdığı diqqətə çatdırılır, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olduğu vurğulanır.

Bundan başqa, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sonrakı dövr üçün siyasi və iqtisadi islahatların əsasını qoyan neft-qaz strategiyasını müəyyənləşdirdiyi diqqətə çatdırılır, Azərbaycan hökumətinin Heydər Əliyev irsinə ehtiram olaraq onun anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ili “Heydər Əliyev Ili” elan etdiyi bildirilir.

Müəllif sonda multikulturalizm, inklüzivlik və tolerantlıq kimi keyfiyyətlərin təkcə Azərbaycanda deyil, Cənubi Koreyada da müxtəlif dinlər və etnik qruplar arasında müsbət əlaqələrin inkişafı üçün əhəmiyyətindən bəhs edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Mədəniyyət